09.12.2021
07.12.2021-ci il tarixində Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsi Azərbaycanın Aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin anadan olmasının 200 illiyi ilə əlaqdar olaraq “Undulmayan el aşığı” başlığı altında tədbir keçirmişdir.
Tədbiri giriş sözü ilə metodist Mamedova Gülnarə çıxış edərək Azərbaycan xalq şeirinin ən böyük nümayəndələrindən və bu şeirin ən uca zirvələrini fəth edən sənətkarlardandır. Aşıq poeziyasını bol həyati müşahidələrlə zənginləşdirmiş, həm məzmun, həm forma rəngarəngliyi, həm də saf, duru xalq dilindən istifadə baxımından Aşıq Ələsgər Azərbaycan, ümumən türk şeirinə misilsiz xidmətlər göstərməsindən danışdı.
Tədbirdə Kitabişləmə və komplektləşdirmə şöbəsinin müdiri Kamalov Yaşar, kitabxanaçı Abbasova Sevinc “Göyçəgülü”, “Zarıncı”, “Ruhani”, “Naxçıvani” havalarını ifa etdilər.